Avropada "Rabitə" fırtınası davam edir

Avropada "Rabitə" fırtınası davam edir
Qadın voleybolçular arasında Çempionlar Liqasında V turun növbəti oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Rabitə" doğma meydanda Fransanın "Beziers" klubunu qəbul edib.
"Sərhədçi" Olimpiya Mərkəzində baş tutan matçda Azərbaycan çempionu qələbə qazanıb. Səfərdə bu komandanı quru hesabla (3:0) yenən "Rabitə" evdə rəqibinə bir set verib - 3:1. Bununla da təmsilçimiz ardıcıl 5-ci qələbəsini qazanıb. Bakı vaxtı ilə saat 22.00-da başlayacaq “Dresdner” (Almaniya) - “Omikça” (Rusiya) görüşün nəticəsindən asılı olmayaraq, “Rabitə” qrupda liderliyini qoruyacaq.
Çempionlar Liqası
V tur, 11 dekabr
A qrupu
Rabitə (Azərbaycan) - Beziers (Fransa) 3:1 (25:15; 23:25; 25:10; 27:25)
Hakimlər: Milan Todorov (Bolqarıstan), Dusan Riçlik (Çexiya).
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi.

1

Rabitə

5

5

0

15-3

433-342

14

2

Omiçka

4

3

1

11-3

324-264

10

3

Dresdner

4

1

3

3-10

261-311

3

4

Beziers

5

0

5

2-15

322-423

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər