Avropa Oyunları: Azərbaycan 17-ci oldu

Avropa Oyunları: Azərbaycan 17-ci oldu

Atıcılıq üzrə Azərbaycanın yığması Polşada keçirilən III Avropa Oyunlarında 17-ci yeri tutub.

Fanat.Az xəbər verir ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb. Onlar üç cəhdin cəmində 572 xal toplayıblar. 

Azərbaycan yığması komanda hesabında 28 iştirakçı arasında 17-ci olub. İlk dörd yerin sahibi final mərhələsinə yüksəlib.

Qeyd edək ki, həm Ruslan Lunyov, həm də Nigar Nəsirova qarşıdakı günlərdə fərdi şəkildə 25 m məsafəyə pnevmatik tapançadan atəş açmadada çıxış edəcəklər

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər