Avropa Oyunları: Azərbaycanın badminton tandemləri növbəti dəfə məğlub oldular

Avropa Oyunları: Azərbaycanın badminton tandemləri növbəti dəfə məğlub oldular

Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi Polşada keçirilən 3-cü Avropa Oyunlarında kişi badmintonçuların qoşa yarışında G qrupunda ikinci görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, təmsilçilərimiz İtaliya badmintonçuları Covanni Qreko - David Salutt qoşasına 1:2 (17-21, 21-17, 17-21) hesabı ilə məğlub olub.

Keyşa Fatimə Zəhra - Era Maftuha tandemi isə qadın badmintonçuların qoşa yarışında D qrupunda ikinci görüşünü keçirib.

Təmsilçilərimiz Niderland badmintonçuları Jille Debora - Çeril Seinen qoşasına 0:2 (10 -21, 12 -21) hesabı ilə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər