Avropa çempionu karyerasını bitirdi

Avropa çempionu karyerasını bitirdi
2008-ci ildə Avropa çempionu olmuş Luis Araqones məşqçi karyerasını başa vurub. Fanat.az xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssis özü açıqlama verib.
"Baba" ləqəbi ilə tanınan Araqones "Yaşım karyeramı bitirməyimə səbəb oldu. Mənim üçün bu qərarı vermək çətin oldu" deyib.
Qeyd edək ki, 2004-2008-ci illərdə İspaniya millisini çalışdıran mütəxəssis Avropa çempionu olduqdan sonra komandadan ayrılmışdı. 2008-2009 mövsümündə "Fənərbaxça"ya başçılıq edən "Baba" istənilən nəticələri qazana bilmədiyindən istefaya göndərilmişdi. Türkiyə klubu Araqonesin son iş yeri olub.
İspan mütəxəssis karyerası ərzində vətənində "Atletiko", "Betis", "Barselona", "Espanyol", "Sevilya", "Valensiya", "Ovyedo" və "Malyorka"nı çalışdırıb. O, "Atletiko" ilə La Liqanın, "Kral Kuboku"nun, İspaniya Superkubokunun, "Barselona" ilə isə "Kral Kuboku"nun qalibi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər