Avroliqa oyununda jurnalist yaralandı

Avroliqa oyununda jurnalist yaralandı
Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Belçikada keçirilən "Brügge" - "Beşiktaş" matçından öncə insident baş verib. Fanat.az xəbər verir ki, azarkeşlərlə polislər qarşı-qarşıya gəlib.
İnsident zamanı azarkeşlərdən birinin polisə atmaq istədiyi səki daşı Türkiyənin "İhlas" Xəbər Agentliyinin əməkdaşı Burak Ortahamcıların ayağına tuş gəlib. Sol ayağından ciddi zədə alan Ortahamcılar Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, "Brügge" - "Beşiktaş" matçında meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər