Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin son turuna start verilib. Fanat.az xəbər verir ki, V turun ilk oyun oyununda "Azərreyl" "Telekom"u sınağa çəkib.
Bu tura qədər xal qazana bilməyən komandaların duelində "Telekom" qələbə qazanıb. Gərgin mübarizə şəraitində keçən matç 3:2 hesabı ilə başa çatıb. Nəticədə "Telekom" aktivinə 2, "Azərreyl" 1 xal yazıb.
Qeyd edək ki, tur əzəli rəqiblər - "Rabitə" - "Azəryol" görüşü ilə başa çatacaq. Oyun noyabrın 30-da keçiriləcək.
Voleybol
Super Liqa
I dövrə, V tur
28 noyabr
Azərreyl - Telekom 2:3 (20:25; 25:27; 25:23; 25:18; 11:15)
| № | Komanda | O | Q | M | S-А | T-А | X |
| 1 | Lokomotiv | 4 | 4 | 0 | 12-6 | 421-391 | 10 |
| 2 | Rabitə | 3 | 2 | 1 | 8-3 | 259-222 | 7 |
| 3 | Azəryol | 3 | 2 | 1 | 8-3 | 261-229 | 7 |
| 4 | Telekom | 4 | 1 | 3 | 4-11 | 299-353 | 2 |
| 5 | Azərreyl | 4 | 0 | 4 | 3-12 | 320-356 | 1 |
Fanat.az