"Yuventus"u 1:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının 1/8 finalına yüksələn "Qalatasaray"ın qələbə qolunu vuran Uesli Sneyderi həyat yoldaşı Yolante Kabau təbrik edib. Fanat.az xəbər verir ki, aktrisa ərini "Twitter"də təbrik edib.
"Sevgilimlə fəxr edirəm. Təbriklər "Qalatasaray" sözlərini yazan Kabau maraqlı bir şəkil paylaşıb. Həmin şəkildə Sneyderin boynunda bir aslan var. Bu isə holland ulduzun "Qalatasaray"ı çiynində daşıması anlamına gəlir.
Fana.az