Anar Salmanov cəzalandırılıb?

Anar Salmanov cəzalandırılıb?

I divizionun XI turunun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, Premyer Liqa hakimlərinqdən Ramil Diniyevlə Orxan Məmmədov aşağı liqaya təyinat alıb. 

Diniyev 1-4-cü pillələrdə qərarlaşan komandaların - "Araz"la Şuşa"nın oyununu idarə edəcək. Məmmədov isə 2-4-cü yerlərin sahibləri - "Qaradağ"la "Neftçala"nı üzü-üzə gətirəcək matçı təyinat alıb.

Ötən turun MOİK - "Araz" oyununun əlavə vaxtında meydan sahiblərinin futbolçusuna qırmızı vərəqə verib penalti təyin edən Anar Salmanov bu dəfə təyinat almayıb. Görünür Hakimlər Komitəsi FIFA referisini növbəti dəfə cəzalandırıb.

22 noyabr

“Şəmkir” - “Energetik”

Hakimlər: Teymur Fərhadov, İftixar Qəniyev, Vüsal Qənbərov, Kərim Kərimov

Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu, 14:00

23 noyabr

“Göyəzən” - MOİK

Hakimlər: Feyzulla Feyzullayev, Müslüm Əliyev, Elşən Durmuşov, Vüsal H. Əliyev

Qazax şəhər stadionu, 14:00

“Turan-T” - “Ağsu”

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Tural Bayramov, Şahin İsayev

Tovuz şəhər stadionu, 14:00

“Mil-Muğan” - “Lokomotiv”

Hakimlər: Əmrah İbrahimov, Habil Əliyev, Vüqar Bayramov, Kənan Məlikov

Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00

“Araz” - “Şuşa”

Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Elman Musayev, Hacıəli Ağayev

Naxçıvan Muxtar Respublika stadionu, 15:00

24 noyabr

“Kəpəz” - “Şahdağ”

Hakimlər: Elvin Əsgərov, Roman Vasilyev, Rahil Ramazanov, Anar Göyçayski

Gəncə şəhər stadionu, 14:00

“Karvan” - “Bakılı”

Hakimlər: Ziya Nəsirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Qorxmaz Eldarov

Yevlax şəhər stadionu, 14:00

“Qaradağ” - “Neftçala”

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cavanşir Yusifov, Camaləddin Hacıyev

Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər