"Ştutqart"ın yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, Armin Fenin istefasından sonra baş məşqçsiz qalan Bundesliqa klubu holland Hub Stivensə tapşırılıb.
Stivens bu ilin martında da “Ştutqart”a baş məşqçi təyin olunmuşdu. Komandaya Bundesliqada qalmaqda kömək edən hollandiyalı mayda postunu Armin Feyə vermişdi. İndi isə onlar yenidən yerlərini dəyişib.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq çalışdırıcısı Berti Foqts da da "Ştutqart"ın baş məşqçi postuna namizəd idi. Lakin almanlar ona ehtiyac duymayıb.
Fanat.az