Allahverdiyev Soymini, yoxsa Dənizlini seçəcək?

Allahverdiyev Soymini, yoxsa Dənizlini seçəcək?
"Qəbələ"nin formasını geyinən Elnur Allahverdiyevin icarə müqaviləsi başa çatır. Fanat.az xəbər verir ki, milli üzvünün qışdan sonrakı karyerası sual altındadı.
Belə ki, onun "Qəbələ"də qalmaq ehtimalı da var, "Xəzər Lənkəran"a dönmək şansı da. Con Toşakın Lənkəran klubundan qovduğu futbolçu Mustafa Dənizlinin rəhbərliyi altında oynaya bilər.
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Allahverdiyevin hazırlıq səviyyəsindən razıdı. Amma rusiyalı mütəxəssis onun komandada qalmasını israr etməyəcək. Belə ki, Syomin seçim imkanını Elnurun öz öhdəsinə buraxacaq.
Qeyd edək ki, Allahverdiyevin "Xəzər Lənkəran"la yayadək müqaviləsi var.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər