“Hannover 96″nın ikinci komandası növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Regional Liqanın şimal zonasında çıxış edən komanda “Sankt Pauli”ni qəbul edib.
“Hannover 96″ ilk yarını 2:1 hesablı üstünlüklə bitirsə də, meydanı xalsız tərk edib – 2:1. “Hannover 96″nın əsas heyətinə düşə bilməyən Ali Gökdemir ikinci komandada meydana çıxıb. Millimizin üzvü start heyətində yer alıb və 81-ci dəqiqədə bosniyalı Almir Kasumoviç tərəfindən əvəzlənib.