Rusiya Premyer Liqasında XVII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi "Rubin" "Tom"un qonağı olub.
Oyun Kazan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qırğızıstanla oyundan sonra Bakıda qalıb müalicəsini davam etdirən Ruslan matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Rubin" 17 turda 20 xal toplaya bilib və 10-cu pillədə qərarlaşıb.
Fanat.az