AAF nümayəndəsi Azərbaycan tarixində ilkə imza atıb

AAF nümayəndəsi Azərbaycan tarixində ilkə imza atıb

Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndəsi Teymur Axundov ölkə tarixində ilkə imza atıb.

Fanat.Az xəbər verir ki, o, Dünya Atletikasının hakimlər üçün nəzərdə tutulmuş imtahanında yüksək nəticə əldə edib.

Axundov imtahan göstəricilərinə əsasən, Dünya Atletikasının gümüş dərəcəli hakimi seçilib. Federasiya rəsmisi Azərbaycan atletikası tarixində bu ada layiq görülən ilk hakim olub.

Teymur Axundov bu ilin yanvarında bürünc dərəcəli hakim adını almışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər