9 pillə geriyə: millimiz Aruba və Əfqanıstandan geri qaldı

9 pillə geriyə: millimiz Aruba və Əfqanıstandan geri qaldı
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, noyabr ayı üçün açıqlanan siyahıda milli komandamız geriləyib.
Aktivində 215 xalı olan millimiz 135-ci pillədə qərarlaşıb. Bu isə komandamızın oktyabr ayı ilə müqayisədə 9 pillə geriləməsi deməkdi.
Yığmamız reytinq cədvəlində Yeni Zelandiya, Aruba, Əfqanıstan, Lixtenşteyn, Qvineya-Bissau, Burundi, Livan, Liberiya kimi ölkələrdən də geri qalıb.
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən Norveç 1 (67-ci yer, 500 xal), Malta 9 (148-ci yer, 166 xal) irəliləyib, Xorvatiya 5 (19-cu yer, 946 xal), Bolqarıstan 7 (66-ci yer, 506 xal) pillə geriləyib. İtaliya isə mövqeyini qoruyub - 11-ci pillə, 1103 xal.
 
İlk "onluq"da dəyişikliklər olmayıb. Yalnız Uruqvay iki pillə geriləyib ki, bunun da sayəsində Portuqaliya ilə İspaniya 1 addım irəliləyib.
1 (1). Almaniya - 1725
2 (2). Argentina - 1538
3 (3). Kolumbiya - 1450
4 (4). Belçika - 1417
5 (5). Hollandiya - 1374
6 (6). Braziliya - 1316
7 (7). Fransa - 1160
7 (9). Portuqaliya - 1160
9 (10). İspaniya - 1142
10 (8). Uruqvay - 1135
Qeyd edək ki, qonşu Türkiyə yığması isə 604 xalla 48-cıdi. “Ay-ulduzlular” 2 pillə geriləyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər