6 boksçumuz 1/4finalda

6 boksçumuz 1/4finalda

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Fanat.az xəbər, verir ki, ötən gün bir neçə çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib. Milli komandamızın 6 boksçusu 1/4 finalda gücünü sınayacaq.

 

57 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov İngiltərə idmançısı Rayan Qarneri məğlub edib – 2:1. Boksçumuz 1/4 finalda şotlandiyalı Kallum Stüartla üz-üzə gələcək.

 

Pərviz Quliyev də (63 kq) növbəti mərhələyə vəsiqə qazanıb. Millimizin üzvü Gürcüstan təmsilçisi Sekerxan Madiyev üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz növbəti mərhələdə macarıstanlı Mark Kontreçlə münasibətlərinə aydınlıq gətirəcək. Süleyman Məhərrəmov (54 kq), Seymur İsayev (60 kq), Elxan Əliyev (66 kq) və Ramazan Abdullayev (52 kq) isə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb.

 

 

Boksçularımızın 1/4 finaldakı rəqibləri:

46 kq: Ruslan Rüstəmov – Pavel Ryasni (Rusiya)

48 kq: Malik Həsənov – Nikita Piskunov (Rusiya)

57 kq: Bəxtiyar Qazıbəyov – Kallum Stüart (Şotlandiya)

63 kq: Pərviz Quliyev – Mark Kontreç (Macarıstan)

70 kq: Rasim Çobanlı – Nikita Krasnabayev (Belarus)

75 kq: Hacı Dilbazov – İvan Çubrevçev (Ukrayna)

 

Qeyd edək ki, +80 kq çəki dərəcəsində Məhəmməd Abdullayev artıq yarımfinala vəsiqəni təmin edib.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər