3 oyun canlı yayımda

3 oyun canlı yayımda

Bu həftə Topaz Premyer Liqasında qış fasiləsi başa çatacaq və III dövrəyə start veriləcək. Fanat.az хəbər verir ki, cümə, şənbə və bazar günləri XIX turun oyunları baş tutacaq.

Turun 4 matçından 3-ü canlı yayımlanacaq. Yanvarın 30-da keçiriləcək "İnter" - "Sumqayıt" və fevralın 1-də baş tutacaq "Bakı" - "Qəbələ" qarşılaşmalarını "İdman Azərbaycan", yanvarın 31-dəki AZAL - "Neftçi" görüşünü Az.TV efirə verəcək.

Turun yalnız bir matçını, fevralın 1-dəki "Simurq" - "Xəzər Lənkəran" görüşünü televiziya vasitəsi ilə izləmək mümkün olmayacaq. Böyük ehtimalla hər iki klubun rəsmi satyı oyunu canlı yayımlayacaq.

Premyer Liqa

XIX tur

30 yanvar

18.00 İnter - Sumqayıt (İdman Azərbaycan)

"İnter Arena".

31 yanvar

16.00 AZAL - Neftçi (Az.TV)

"AZAL Arena".

1 fevral

14.00 Bakı - Qəbələ

"Bakı"nın təlim-məşq bazasının stadionu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər