Martın 14-də Xocahəsən Veloparkında dağ velosipedi üzrə açıq Federasiya Kuboku yarışı keçiriləcək. Fanat.az xəbər verir ki, "Bakı-2015" ilk Avropa Oyunlarının MTB üzrə yarışlarını qəbul edəcək bu məkanda təşkil olunan mövsümün açılış turnirində peşəkar idmançılarla yanaşı, həvəskarlar da iştirak edib gücünü sınaya bilər.
Yığma məşqçilərinin diqqətini cəlb edib Azərbaycan milli komandasının heyətinə düşmək sevincini yaşamaq istəyənlər Federasiya Kubokuna qatıla bilər.
Qeydiyyat prosesi martın 14-ü, səhər saat 10.00-da başlayacaq. Saat 11.00-da isə yarışa start veriləcək. Marşrutun uzunluğu 13,5 km-di (3 dairə x 4,5 km)
Fanat.az