“Fortuna”nın U-23 komandası Almaniyanın Regional Liqasında növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, millimizin üzvü Tuğrul Eratın formasını geyindiyi komanda “Vedenbruk”un qonağı olub.
Yığmamızın üzvü start heyətində meydana çıxıb və komandasının qələbəsinə töhfə verib. Belə ki, məhz Erat 2-ci dəqiqədə vurduğu qolla hesabı açıb. Meydan sahibləri fasiləyə qədər bərabərliyi bərpa etsələr də, “Fortuna” ikinci hissədə vurduğu daha bir qolla qələbə qazanıb - 2:1.
Bu qarşılaşmadan sonra aktivindəki xalların sayını 36-ya çatdıran “Fortuna” II turnir cədvəlində 8-ci pillədəki mövqeyini qoruyub.
Fanat.az