İran çempionatında XIV turun oyunları keçrilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" Tehran "İstiqlal"ını qəbud edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. Hesabı 62-ci dəqiqədə "İstiqlal" açıb, 13 dəqiqə sonra Şahin Saqebi bərabərləşdirib. 87-ci dəqiqədə Edinyo "Traktorsazi"ni hesabda önə keçirsə də, 90+5-ci dəqiqədə qonaqlar yenidən bərabərliyi təmin edib.
Xal itkisinə baxmayaraq "Traktorsazi" liderliyini qoruyub. Aktivində 28 xal olan Təbriz klubu ən yaxın izləyicisi "Sepahan"ı 2 xal qabalaqlayır.
Fanat.az