"Gənc komandamız vər və hücum etməyi çox sevir. Rusiya millisində olduğu kimi, bizim də müdafiə ilə bağlı bəzi problemlərimiz var. Ancaq inanıram ki, bu problem həll olunacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis əsas hədəflərin Avropa Liqasına vəsiqə qazanmaq olduğunu bildirib: "Hazırda turnir cədvəlinin üçüncü pilləsində yer alırıq, amma hədəfimiz liderlikdi. Ümid edirəm ki, Avropa Liqasına vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələcəyik. Bu ən birinci hədəfimizdi".
Fanat.az