"İlk hissədə göstərdiyimiz oyundan və alınan nəticədən razı qaldım. Dinamik oyun göstərdik, yaxşı qol epizodlarımız oldu". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"la oyundan sonra "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı çalışdırıcı ikinci yarıdan narazı qalıb: "İkinci hissədə daha aşağı səviyyədə oynadıq, topa daha çox nəzarət etdik. Ötürmələrdə tələsirdik, bəzən oyunçular uzun ötürmələr verilən mövqelərdə olmurdular, buna görə də çoxlu top itirdik. Dodo öz mövqeyində əla oynayır, rəqibdən çoxlu top aldı. Lourival Assis çoxdandı ki, əsas heyətdə yer almırdı. Fiziki cəhətdən hazırlıqsız olması oyunda özünü göstərdi".
Fanat.az