Yuri Syomin Berti Foqtsa qarşı çıxdı

Yuri Syomin Berti Foqtsa qarşı çıxdı

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin milli komandaları əcnəbi mütəxəssislərin çalışdırmasına qarşı çıxıb. Fanat.az xəbər verir ki, rusiyalı mütəxəssis yığmaların əsasən yerli mütəxəssislərlə uğur qazandığını bildirib.

Syominin fikrincə, milli komandaları yerli məşqçilər çalışdırmalıdı: "Əcnəbi mütəxəssislərin çalışdırdığı yalnız bir komanda böyük turnirin qalibi olub. 2004-cü ildə Otto Rihhagelin başçılıq etdiyi Yunanıstan Avropa çempionu olmuşdu. Bu qədər! Digər komandaların böyük uğurları qazanmasında oyunçularla eyni dildə danışan, yerli ənənələri, futbolçuların xarakterini və mentalitetini bilən mütəxəssislərin rolu böyükdü".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər