Yunis Hüseynov iki klubdan təklif alıb

Yunis Hüseynov iki klubdan təklif alıb
"Xəzər Lənkəran"ın baş məşqçisi postundan getdikdən sonra işsiz qalan Yunis Hüseynov bu müddət ərzində iki klubdan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə "Pro" lisenziyalı məşqçinin özü məlumat verib.
Hüseynov bildirib ki, Azərbaycanın 1 klubu ilə yanaşı, İran təmsilçisi ona konkret təklif irəli sürüb. Lakin çalışdırıcı bu təkliflərə yox deyib: "Mən qərardan öncə ölçüb-biçirəm. Təkliflər həmişə olub, yenə də var. 2 konkret təklif almışdım. Sadəcə, baxdım və bəyənmədim. Klubların irəli sürdüyü təkliflər mənim istəyimlə üst-üstə düşmədi. Belə olan halda, işləməkdənsə gözləmək daha yaxşıdı".
Qeyd edək ki, Yunis Hüseynov “Pro” lisenziyasının vaxtını artırmaq üçün Ukraynadadı.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər