Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, rəqib BƏƏ yığması olub.
Oyun millimizin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Futbolçularımızdan Comərd Baxşəliyev və Ramil Əliyev fərqlənib.
Qeyd edək ki, oktyabrın 25-dən Dubayda təlim-məşq toplanışı keçən millimiz bundan sonra Rusiya və Macarıstanla yoxlama oyunu keçirəcək.
Fanat.az