Yığmalarımızın məşqçilər korpusunda dəyişiklik

Yığmalarımızın məşqçilər korpusunda dəyişiklik

Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusu ilə görüş keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin iştirak etdiyi görüşdə yığma komandalarının məşqçilər korpusunda edilən dəyişikliklər də açıqlanıb. 

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov məşqçilər korpusunda edilən dəyişikliklərin yığma komandaların daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib: "Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun əmrinə əsasən, yığma komandaların məşqçilər korpusunda dəyişikliklər edildi. İnanırıq ki, dəyişiklik yığma komandaların daha da gücləndirilməsi və güləşçilərin qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşmalarına xidmət edəcək. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Çalışacağıq ki, 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa Oyunları, ardınca Las Veqasda Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya çempionatı və nəhayət, 2016-cı il Braziliyada Yay Olimpiya Oyunları kimi mötəbər yarışlarda güləşçilərimiz maksimum sayda yüksək əyarlı medallar qazanmaqla yeni tarix yazsın və xalqımızı sevindirsinlər. Bilirik ki, ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin güləşə və güləşçilərə xüsusi diqqət və qayğısı var. Federasiya tərəfindən də hər bir şərait yaradılıb. Etimadı doğrultmaq üçün var-gücümüzlə çalışacağıq".

Edilmiş dəyişikliklərdən sonra məşqçilər korpusunun yeni heyəti aşağıdakı kimidi: 

Yunan-Roma güləşi

Sərbəst güləş

Qadınlar

Böyüklər

Böyüklər

Böyüklər

Baş məşqçi:

Cəmşid Xeyrabadi Böyük məşqçi:

Nurəddin Rəcəbov Məşqçi:

Akif Əliyev Məşqçi:

Eyub Azmudeh

Baş məşqçi:

Saypulla Absaidov Böyük məşqçi:

Firdovsi Umudov Məşqçi:

David Kurtsiya

Baş məşqçi:

Semyon Çterev Böyük məşqçi:

Konstantin Konorev Məşqçi:

Arif Fərmanov

Gənclər

Gənclər

Gənclər

Böyük məşqçi:

Şaban Donat Məşqçi:

Zöhrab Abbasov  Məşqçi:

Turac Hüseynov 

Böyük məşqçi:

Əsgərxan Novruzov Məşqçi:

Rövşən Hacıyev Məşqçi:

Sadruddin Ayqubov

Böyük məşqçi:

Yaqub Məmmədov Məşqçi:

Aslan Ağayev

Yeniyetmələr

Yeniyetmələr

Yeniyetmələr

Böyük məşqçi:

Bəhram Mürvətov  Məşqçi:

İslam Cəfərov Məşqçi:

Fuad Alıyev 

Böyük məşqçi:

Nazim Əlicanov Məşqçi:

Vahid Məmmədov  Məşqçi:

Rövşən Umudov

Böyük məşqçi:

Həsrət Məmmədyarov  Məşqçi:

İsaməddin Hüseynov

Kiçik yaşlı yeniyetmələr

Kiçik yaşlı yeniyetmələr

 

İlqar Abdulov Vüqar Aslanov Rasim Ağayev

Mehman Nəcəfov Elşad Allahverdiyev

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər