Yığmalarımız Bolqarıstanda qələbə qazandı

Yığmalarımız Bolqarıstanda qələbə qazandı
Polşa paytaxtı Varşavada şahmat üzrə komandalararası Avropa çempionatında II tur oynanılıb. Fanat.az xəbər verir ki, kişi şahmatçılarımız Bolqarıstan, qadın şahmatçılarımız isə İtaliya ilə üz-üzə gəlib.
Kişi şahmatçılarımızdan yalnız Şəhriyar Məmmədyarov uduzub. Buna rəğmən komandamız qələbə qazanıb - 2,5:1,5.
Qadın şahmatçlarımızdan isə Türkan Məmmədyarova uduzsa da, komandamız 2,5:1,5 hesablı qələbəyə sevinib.
 
Kişilərdən ibarət yığma komandamızın hazırda 3, qadın komandamızın isə 2 xalı var.
 
Azərbaycan - Bolqarıstan 2,5:1,5
Şəhriyar Məmmədyarov - Veselin Topalov 0:1
Eltac Safarli - Krasimir Rusev 0,5:0,5
Rauf Məmmədov - Vladimir Petkov 1:0
Qədir Hüseynov - Petar Arnaudov 1:0
 
Azərbaycan - İtaliya 2,5:1,5
Gülnar Məmmədova - Yelena Sedina 0,5:0,5
Zeynəb Məmmədyarova - Olqa Zimina 1:0
Türkan Məmmədyarova - Marina Brunello 0:1
Nərgiz Umudova - Roberta Messina 1:0
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər