U-19-un Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edəcəyini bilirsiz. Fanat.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində düzənlənən ənənəvi yarışın bütün iştirakçıları məlumdu.
Arif Əsədovun yetirmələri ilə yanaşı, İran, Latviya, Moldova, Slovakiya, Belarus, Yunanıstan, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya, Estoniya, Yaponiya yığmaları da Sankt-Peterburqda nəyə qadir olduğunu ortaya qoyacaq. Rusiya və Sankt-Peterburq yığması isə meydan sahibləri qismində mübarizəyə qoşulacaq.
Xatırladaq ki, 16 komandanın iştirakı ilə baş tutacaq turnir 2014-cü il yanvarın 3-dən 12-dək keçiriləcək.
Fanat.az