“Yaxşı bərpa prosesi keçməliyik”

“Yaxşı bərpa prosesi keçməliyik”

Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirində keçirilmiş Azərbaycan - İraq oyunundan sonra yığmamızın baş məşqçisi Nazim Süleymanov affa.az saytına fikirlərini bildirib: “İraq yığması qrupun lideri sayılırdı. Buna görə də futbolçuları oyuna xüsusi olaraq kökləməyə ehtiyac yox idi. Bizim onlardan daha üstün olduğuna inanırdım. Bu üstünlüyü meydanda sübut etmək qalırdı. Uşaqlar bunu bacardılar, buna görə onlara təşəkkür edirəm. Növbəti rəqib Bəhreyn komandasıdır. Vaxt az olduğu üçün yaxşı bərpa prosesi keçməliyik”.

İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər