Məşhur futbol meneceri Jorge Mendes İspaniya mediasının gündəminə düşüb. Fanat.az xəbər verir ki, bir çox ulduz futbolçunun menecerliyini edən portuqaliyalı transfer bazarını yönləndirən əsas simalardan biri hesab olunur. Bir çox məşhur futbolçunu təmsil etməsi nəticəsində isə böyük pullar qazanır.
Mendesin ilk iüştərisinin adı Nuno olub. Onu 1996-cı ildə "Vitoriya"dan "Deportivo"ya transfer edən Jorje bununla menecerlik etməyə başlayıb. Bu keçid digər futbolçularla əlaqə qurmaqda ona yardım edib. Mendesin ilk böyük işi Jorge Andrade və Hüqo Viananın transferi olub.
Portuqaliyalı menecerin məşhurlaşmasında Joze Mourinyonun da rolu olub. O, həmyerlisini böyük klubların baş məşqçisi postuna aparmaqla dünyanın ən tanınmış menecerlərindən birinə çeviriliö. Mendes portuqaliyalı mütəxəssisi 2008-ci ildə "Çelsi"dən "İnter"ə apararaq onu dünyanın ən çox qazanan baş məşqçisinə çevirib.
Mendes ən bahalı transferini dünya rekordu qıraraq həyata keçirib. O, Kriştiano Ronaldonun "Mançester Yunayted"dən 96 milyon avro qarşılığında "Real"a keçidi həll etməklə dünyanın ən bahalı transferinə imza atıb.
Bu yayda Radamel Falkaonun "Atletiko"dan 60, Ceyms Rodrigesin isə "Portu"dan 45 milyon avroya "Monako"ya transferini reallaşdıran Mendes adından söz etdirib.
İspaniya mətbuatının hesablamlarına görə, məşhur menecerin sahibi olduğu "Gestifute" şirkəti indiyədək 600 milyon avroluq transfer həyata keçirib.
Fanat.az