Fevralın 5-də İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Fanat.az report.az-a istinadən xəbər verir ki, AFFA-nı tədbirdə baş katibin müavini Sərxan Hacıyev və Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə təmsil edəcək.
Qeyd edək ki, komandalar püşk üçün 6 səbətə bölünüb. Azərbaycan millisi 5-ci səbətdə yer alıb. Yığmamızla birlikdə, Bolqarıstan, Cənubi Kipr, Makedoniya, Litva, Qazaxıstan, Albaniya, Latviya və Estoniya milliləri bu səbətə düşüb.
Fanat.az