Yannik Kamaman: "Bunun öhdəsindən gəldik"

Yannik Kamaman: "Bunun öhdəsindən gəldik"
Topaz Premyer Liqasının XV turu "Qəbələ"nin hücumçusu Yannik Kamanan üçün əlamətdar oldu. Fanat.az xəbər verir ki, uzun müddətdi qol vura bilməyən legioner uğursuz seriyasını “Rəvan”la səfər matçında qırdı. Komandasının 1:0 hesablı qələbəsini təmin edən Yannik 102 gündən sonra qol sevinci yaşadı. Kamanan sonuncu dəfə III turun avqustun 19-da "Sumqayıt"la səfər görüşündə fərqlənmişdi. 
Futbolçu matçdan sonra fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Qələbəyə görə sevincliyik. Çox vacib 3 xal qazandıq. Önəmli olan komandamın qələbə qazanması idi. Bunun öhdəsindən gəldik. Kimin qol vurmasının elə də əhəmiyyəti yoxdu".
Ümumilikdə “Qəbələ”nin heyətində 17-ci qolunu vuran hücumçu klub tarixində ən çox topun müəllifi olan 4-cü futbolçudu: Rövşən Əhmədov - 20, Viktor Mendi - 18, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Dodo - 16.
Qollarından 16-nı çempionat oyunlarında vuran Kamanan komandanın Premyer Liqadakı 2-ci bombardiridi. O yalnız Viktor Mendidən geri qalır: Viktor Mendi - 17, Yannik Kamanan - 16, Deon Barton - 15, Luis Hilario - 14.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər