Xavi Raulu "yıxdı"

Xavi Raulu "yıxdı"
"Barselona"nın futbolçusu Xavi Hernandes Çempionlar Liqasında rekorda imza atıb. Fanat.az xəbər verir ki, ispan yarımmüdafiəçi turnirdə ən çox qələbə qazanan futbolçu olub. 
"Barselona"nın "Milan"ı 3:1 hesabı ilə yendiyi matçda Çempionlar Liqasında 134-cü oyununa çıxan Xavi 80-ci qələbəsini qazanıb. Bununla da o, həmyerlisi Raulu keçib. "Real"ın əfsanəsi 142 matçda 79 qələbə qazanmışdı.
Qeyd edək ki, 33 yaşlı Xavi karyerası ərzində 3 dəfə Çempionlar Liqasını qazanıb. 2006, 2009 və 2011-ci illərdə Avropanın ən böyük kubokunu havaya qaldıran futbolçu həmçinin 2008-2012-ci illərdə Avropa, 2010-da dünya çempionu olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər