Topaz Premyer Liqasının XIII turunun oyunlarına haim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, Hakimlər Komitəsi bu dəfə təyinatlarla bağlı dəyişikliyə əl atıb.
Belə ki, komitə 6 hakimli idarəçilikdən imtina edib. Beləliklə, XIII turun heç bir oyununa əlavə köməkçi hakimlər təyinat almayıb.
Qeyd edək ki, mövsümün əvvəlindən etibarən hər turun ən azı 2 oyununa 6 hakim təyinat alırdı.
Fanat.az