WADA Boltu cəzalandıra bilər

WADA Boltu cəzalandıra bilər
Dünyanən ən sürətli adamı hesab olunan Usayn Bolt dopinq cəzası ala bilər. Fanat.az xəbər verir ki, Dünya Anti-Dopinq Agentliyi (WADA) yamaykalı atletlə bağlı araşdırmalara başlayır.
Yamayka Dopinqlə Mübarizə Komissiyasının (JADCO) rəhbəri Herbert Elliot xəbəri təsdiqləyib. O, bildirib ki, oktyabrın 28 və ya 29-da WADA-nın 3 nümayəndəsi Yamaykaya gələrək Boltla bağlı araşdırmalar aparacaq.
WADA-nın prezidenti Con Fahey isə bildirib ki, Bolt və digər yamaykalı atletlərin qanında qadağan olunmuş maddə tapılacağı halda beynəlxalq yarışlardan kənarlaşdırılacaqlar.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər