"Rəvan"ın baş məşqçisi postundan ayrıldıqdan sonra işsiz qalan Vladislav Qədirovun yeni iş yeri müəyyənləşmək üzrədi. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü məlumat verib.
Qədirov yaxın günlərdə yenilik olacağını bildirib: "Hələ ki, sakitcilikdi. Amma, yaxın 3-4 günə nəsə gözlənilir. İndi danışıqlar aparıram. Nə işidi? Bu barədə demək istəmirəm. Təbii ki, futbolla bağlıdı".
Fanat.az