Rusiyanın idman naziri Vitali Mutko Fabio Kapellonun yetirmələrinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanla heç-heçəsindən (1:1) məyus olduğunu gizlətməyib. Fanat.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində belə danışıb:
“Azərbaycanla heç-heçəyə görə bir az məyus oldum. Amma unutmayaq ki, keçmiş SSRİ ölkələrinin komandaları ilə oyunlarımız heç vaxt asan keçmir. Kerjakov ikinci qolu vursaydı, rahat qələbə qazanardıq. Hər şeyə rəğmən, mən yığmamızın dünya çempionatına yollanacağına əmin idim. Elə də oldu”.
Fanat.az