Bu gün Rusiya və Azərbaycanın veteran futbolçulardan ibarət yığma komandaları arasında qarşılaşma keçirilib. Fanat.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç 1:1 hesabı ilə başa çatıb.
Hesabı Rusiya yığması açıb. Rəqibin heyətində Yuri Tatarkin fərqlənib. Azərbaycan isə fasilədən sonra bərabərliyi təmin edib. Millimizin qolunu Aqil Məmmədov vurub.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Xaqani Məmmədov olub. Ona Kərim Ağayev və Sabir Hacıyev kömək edib.