Vərəqələr Cəmşid Məhərrəmovun başına bəla oldu

Vərəqələr Cəmşid Məhərrəmovun başına bəla oldu
"Rəvan" "Qəbələ" ilə oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Cəmşid Məhərrəmov XV turun ev matçını kənardan izləməli olacaq.
Buna səbəb Cəmşidin cəzalı duruma düşməsidi. "Qarabağ"la oyunun 35-ci dəqiqəsində rəqibi tutduğuna görə sarı vərəqə alan futbolçu mövsüm ərzində 4-cü dəfə cəzalanıb və vərəqə limitini doldurub.
Qeyd edək ki, Cəmşid VIII turun AZAL-la oyunun 72-ci (perspektivli hücumun qarşısını aldığına görə), IX turun "Xəzər Lənkəran"la matçın 32-ci (sistematik qayda pozuntusu) və XIII turun "Sumqayıt"la görüşün 90+1-ci (qeyri-idman hərəkəti) dəqiqəsində sarı vərəqə almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər