Vaqif debüt oyununda Ufuk Budakı uddu

Vaqif debüt oyununda Ufuk Budakı uddu
Türkiyənin PTT 1-ci liqasında XVIII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Vaqif Cavadovun transfer olunduğu "Boluspor" Ufuk Budakla Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB"ni qəbul edib.
Oyun "Boluspor"un 3:1 hesablı qələsi ilə yekunlaşıb. Vaqif Cavadov start heyətində yer almayıb. Millimizin üzvü sabiq klubu ilə oyunun 87-ci dəqiqəsində üçüncü qolun müəllifi Aleksandar Priyoviçi əvəzləyərək debüt edib. A millimizin üzvü Ufuk Budakla U-21-in sabiq oyunçusu Umut Sönmez start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Boluspor" 18 turdan sonra 23 xalla turnir cədvəlinin 10-cu, "Qaziantep BB" isə 20 xalla 12-ci pilləsində qərarlaşıb.
PTT 1-ci liqa
XVIII tur
1 fevral
Boluspor - Qaziantep BB 3:1
Qollar: İsmail Haktan Odabaşı, 27. Emre Kılınç, 45, Aleksandar Priyoviç, 75 - Turqay Bahadır, 90.
Boluspor: Özkan Karabulut, Deniz Aslan, Serkan Yalçın, Luiz Henrike, Nurettin Kayaoğlu, Kibonq Mbamba (Murat Gürbüzerol, 78), Emre Kılınç, Bilal Gülden, İsmail Haktan Odabaşı (Mehmet Kuruoğlu, 72), İshak Çakmak, Aleksandar Priyoviç (Vaqif Cavadov, 87).
Ehtiyat oyunçular: Erdi Yokuşlu, Serkan Şirin, Ali Dere, İlyas Yılmazer.
Qaziantep BB: İlker Avcıbay, Çağdaş Atan, Armand Deumi, Ali Tandoğan, Ufuk Budak, Vissem Ben Yahya, Köksal Yedek (Ergin Keleş, 61), Umut Sönmez, Alanzinyo, Salih Sefercik (Yasin Ozan, 76), Turqay Bahadır.
Ehtiyat oyunçular: Atilla Özmen, Yozef Çınar, Mahmut Temür, Mehmet Nas, Talha Demir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər