Turun ən yaxşısı: Flavinyo

Turun ən yaxşısı: Flavinyo
Topaz Premyer Liqasında XVII turunun ən yaxşı oyunçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən "Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Flavinyo ən yaxşı olub.
Qeyd edək ki, "Neftçi" XVII turda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib və yenidən turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Flavinyo bu oyunda 90 dəqiqə oynayaraq komandanın qələbəsində əsas pay sahiblərindən biri olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər