Almaniyanın II Bundesliqasında XII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Fortuna" "İnqolştadt"ı qəbul edib.
Oyun 0:0 hesabı ilə başa çatıb. Ötən tur 90 dəqiqə oynayan və ən çox qaçan futbolçu olan Tuğrul bu dəfə meydana çıxmayıb. Millimizin üzvü ehtiyatda qalıb.
Qeyd edək ki, "Fortuna" 12 turdan sonra 21 xala ikinci pillədə qərarlaşıb və lider "İnqolştadt"dan 5 xal geri qalır.
Fanat.az