Ture rusları hədələdi

Ture rusları hədələdi

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Moskva ÇSKA-sı ilə qarşılaşan “Mançester Siti”nin iki futbolçusu – Fernandinyo və Yaya Ture irqçi şüarlara görə kəskin narazılığını dilə gətirmişdi. Afrikalı yarımmüdafiəçi kimi, “sambaçı” da matçdan sonra verdiyi açıqlamada oyun ərzində rus azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qaldığını vurğulamışdı.

Fanat.az xəbər verir ki, UEFA artıq məsələni araşdırır və rusların rasizmə görə cəzalanacağı şübhə doğurmur. Ture isə şimal qonşularımızı boykotla hədələyib: DÇ-2018-dək Rusiyada rasizmin kökünün kəsiləcəyinə əmin olmasaq, ora getməyəcəyik. Nədənsə, bu ayrıseçkilik ancaq futboldadı. Həndbolda və başqa idman növlərində irqçiliklə qarşılaşmırıq. UEFA ciddi ölçü götürməsə, anoloji halların təkrarlanacağına əminəm”.  

 

Xatırladaq ki, DÇ-2018-ə Rusiya ev sahibliyi edəcək.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər