Premyer Liqanın XIV turunda "Neftçi" ilə qarşılaşacaq "İnter" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze komandanın aparıcı müdafiəçisi Brüs Abdullayenin xidmətindən məhrum olub.
Futbolçu ötən gün "Sumqayıt"la keçirilən və 11 qolun vurulduğu yoldaşlıq oyununda (8:3) zədələnib. Onun nə vaxt sağalacağı, "Neftçi"yə qarşı oynayıb-oynamayacağı bilinmir.
Fanat.az