Tsxadadze: "Son dəqiqələrdə konsentrasiyanı itirdik"

Tsxadadze: "Son dəqiqələrdə konsentrasiyanı itirdik"

Kaxaber Tsxadadze "Simurq"la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, "İnter"in baş məşqçisi futbolçularına təşəkkür edib: 

“Bu oyunda üç xal qazanmaq çox vacib idi. "Simurq"a qarşı oynamaq çox çətindi. Rəqib qapanmağı bacaran bir komandadı. Buna baxmayaraq, qol vurmağı bacardıq və oyunun gedişini nəzarətdə saxlayırdıq. Son dəqiqələrdə konsentrasiyanı itirdik və heç nədən qol buraxdıq. Amma futbolçulardan məmnunam və onlara təşəkkür etmək istəyirəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Tez bir zamanda bərpa olunub, mübarizəni həm kubokda, həm çempionatda davam etdirməliyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər