“Oyunun əvvəlinə baxsaq, rahat qələbə qazanmalı idik. Lakin futbolçular müəyyən qədər diqqəti itirdilər, müdafiədə səhvlər buraxdıq. Futbol yalnız hücum deyil, müdafiədən də ibarətdi”. Fanat.az xəbər verir ki, bu sözləri “Rəvan” üzərində qazanılan 3:2 hesablı qələbədən sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü çalışdırıcı daha sonra əlavə edib: “Qol vurduqdan sonra taktiki dəyişiklik etdik, müdafiədə stabil oynamağa başladıq. Çox yaxşı oynadıq, çoxlu qol imkanları yaratdıq. Üç qol vurduq, lakin iki qol buraxdıq. Bizim üçün faciədi. Bunun üzərində çalışacağıq. Qalib gəlmək vacib idi. Bundan sonra yalnız irəli getməliyik”.
Fanat.az