“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Şəfa”da “Qəbələ”yə uduzduqları qarşılaşma haqda fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, gürcü oyundan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:
“Bir çox parametrlərdə rəqibi üstələdik. Topla davranış, məzmunlu oyun sarıdan yetirmələrimə ciddi iradım yoxdu. Məğlub olmağa layiq deyildik. Qol imkanları yaratsaq da, təhlükəli həmlələrimiz zamanı son nöqtəni qoya bilmədik. Elə nəticəni də bu amil müəyyənləşdirdi”.
Fanat.az