Tsxadadze 3, Qurbanov 7

Tsxadadze 3, Qurbanov 7

"İnter" Premyer Liqanın X turunda "Qarabağ"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi start heyətlərini açıqlayıb.

"İnter"in çalışdırıcısı Kaxaber Tsxadadze "Neftçi" matçı ilə müayisədə heyətdə 3 dəyişiklik edib. Mikel Alvaro, Nizami Hacıyev və Coşqun Diniyevi ehtiyatda saxlayan gürcü mütəxəssis Abdulla Abatsıyev, Asif Məmmədov və Dieqo Madriqala ilk dəqiqələrdən oynamaq şansı verib.

Qurban Qurbanov isə 7 nəfəri dəyişib. "Qarabağ"ın baş məşqçisi Tərlan Quliyev, İnnosent Emeqara, İlqar Qurbanov, Leroy Corc, Cavid Tağıyev və Namiq Ələsgərovu ehtiyatda saxlayıb, Hacı Əhmədovun adını "18-liy"ə salmayıb. Əvəzində Qara Qarayev, Maksim Medvedev, Reynaldo Silva, Muarem Muarem, Vüqar Nadirov, Riçard Almeyda və Ansi Aqolli yenidən start heyətində yer alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər