Tural XudiyevTuralSon vaxtlar camaatın eqo damarı yenə yaman tutub. Bəlkə də yanılıram, təki elə olsun. Amma müşahidələrim fikrimi əks tərəfə yönəldir. Kökünü yunanca eqo sözündən götürən eqoistin ən sadə anlayışı özündən razılıqdı. Başqa izahları da var. Məsələn, öz maraqlarının başqalarından üstün tutulması və s. İlk baxışda başadüşüləndi. Adam öz maraqları ücün calışır. Amma digər tərəfdən, başqalarına münasibətdə etinasızlıq, saymazlıq, hətta, nifrətə qədər uzana bilən fəsad törədicisidi eqoistlik.Tanıdıqlarım arasında “içi cürüyənlərin” sayı az deyil. Bacardığım qədər onlara yardımcı olmağa calışsam da, effekti zəif alınıb. Görünür bu mərəz, asan sındırılan cərəzlərdən deyil. Mənfi cəhətlərindən biri təkliyə sürükləməyidi ki, bu da birlik anlayışının belini qırır.Tribunalarımızın miskin görkəminin səbəbini araşdırmısınız yəqin ki. Baş sındırmısınız ki, əcəba, stadionlar niyə yetim segahına uyur daxili yarışlarda? Çox cavablar eşidib, çox nəticələr çıxarmısınız. Maraqsız Çempionat, baxımsız oyunlar, yararsız meydanlar, əlverişsiz vaxt, daha nələr, nələr… Hamısı bəhanədi, dostlar. Stadionlar da var, baxımlı oyunlar da, çempionatın da, intriqası öz yerində. Məncə tribunaların boş qalma səbəbini dediyim xəstəlikdə axtarmaq lazımdı. Tribunaları dolduran fanat ordusu birlik nümunəsidi. O birlik ki, eqoistlər ücün yad anlayışdı. Azarkeşi fanat ordusuna cevirən komandasına sevgisidi. Eqoist isə özündən başqasını sevmir. Bax, bu xəstəliyin dərmanı tapılanda Azərbaycan futbolunun da azarkeş problemi həll olunacaq. Digər problemlərimiz kimi. Tanrı şəfasını əsirgəməsin!P.S. Bir dəfə stadiona kimin maşınında getməyi razılaşdırmayan 5 nəfəri futbola söyə-söyə hərəsi bir tərəfə dağılan görmüşdüm…P.P.S. Heç olmasa avrokuboklarda eqoizmə qalib gələk ki, komandalarımız da ruhlanıb rəqibə qalib gəlsin. Haydı, tribunalarda yetim segahı Heyratıyla əvəzələyək!
Tribunalar niyə boş qalıb?
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"