Tounkara kimlərə təşəkkür etdi?

Tounkara kimlərə təşəkkür etdi?
"Hakim gülməli qərar verdi. Rəqib futbolçu özü mənə dəyib yıxıldı. Hakimlik bərbad idi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın futbolçusu Sadio Tounkara deyib.
Malili futbolçu komanda yoldaşlarına təşəkkür edib: "İlk dəqiqələrdən hər şey qaydasında idi. Ancaq sonra hakim oyuna müdaxilə etdi. Əvvəl penalti təyin etdi, sonra qərarını dəyişdi. Ardınca məni səbəbsiz yerə meydandan qovdu. O, belə oyunun hakimi olmağa layiq deyildi. Meydandan qovulandan sonra qorxurdum ki, mənə görə komanda məğlub olar. Komanda yoldaşlarıma təşəkkür edirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər