Dünən keçirilən Premyer Liqanın 12-ci turu çərçivəsində “Qarabağ”a öz meydanında böyük hesabla yenilən (0:3) “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak klubun saytına açıqlama verib. Fanat.az xəbər verir ki, uelsli mütəxəssis bunları deyib:
“Hamımız qələbəni düşündüyümüz halda məğlub olduq. Məncə, hesab oyunu əks etdirmədi. Bununla belə deyim ki, rəqib də layiqli qələbə qazandı. Amma hücum edən, ardıcıl həmlələr edən tərəf biz idik. Şanslarımız çox olsa da, yararlana bilmədik. İkinci hissəyə də pis başlamadıq və artıq 47-ci dəqiqədə real qol şansını boşa verdik. Oyun planında xeyli artırsaq da, hələ də epizodlardan yararlana bilməmək problemini həll edə biıməmişik. Hamı Nildonu günahkar sayırdı və qol şanslarını boşa verdiyi üçün onu ittiham edirdi. Amma gördüyünüz kimi günahkar tək Nildo deyil. Bu oyunda Nildo oynamadı, amma biz yenə çoxlu qol şansını boşa verdik. Düşünürəm ki, ikinci qol komandanı “sındırdı” və bu qolu adi səhvdən rəqibə hədiyyə etdik. Üstəlik, yorğunluq da öz sözünü dedi. Artıq itiriləsi xallarımız yoxdu. Evdə cəmi bir qələbəmizin olması məni həddən artıq məyus edir. Çalışıb səhvlərimizi tez bir vaxtda düzəltməliyik”.
Fanat.az